Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 40 minədək şəxsə əlillik təyin olunub. Təyinatların 16,3 mini ilkin, 23,6 mini isə təkrar qiymətləndirmə əsasında aparılıb.
Əlilliyin müəyyənləşdirilməsi tibb müəssisələrinin elektron sistemə daxil etdiyi göndərişlərdəki məlumatlara əsasən həyata keçirilir. Təyinat verildikdən sonra əlilliyə görə sosial ödənişlər də elektron sistem vasitəsilə proaktiv qaydada rəsmiləşdirilir. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi açıqlayıb.
Əsas mənbə: APA
