Vətənim Media xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 8,75 milyard manat ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin APA-ya verdiyi məlumata görə, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 764 milyon manatdan çox, yaxud 9,55 faiz artıqdır.
Əsas mənbə: APA
