Vətənim Media xəbər verir ki, gələn ilin əvvəlindən 1,1 milyon nəfərin pensiyası indeksləşdirilərək artırılacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu barədə nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Nazirin sözlərinə görə, gələn il altıncı sosial islahat paketi icra olunacaq, sosial ödənişlərdə artım 2027-ci ildə də davam edəcək. Son yeddi ildə həyata keçirilən beş sosial islahat paketi çərçivəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq pensiya isə 2,9 dəfə artıb.
Əsas mənbə: APA
