Vətənim Media xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində muxtar respublika sakinlərini qəbul edib. APA-nın nazirliyə istinadən yaydığı məlumata görə, müraciətlər məşğulluq, əlillik, pensiya və reabilitasiya məsələlərini əhatə edib. Onların hər biri fərdi qaydada araşdırılıb, sorğu xarakterli müraciətlərə qanunvericiliyə uyğun izahat verilib.
Vətəndaşlar aktiv məşğulluq və özünüməşğulluq proqramlarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Proqram çərçivəsində Asiman Yolçuyev üçün dülgər sexi, Röya Həsənova üçün isə gözəllik salonu qurulub. Məlumata görə, ötən dövrdə muxtar respublikada 3453 nəfər üçün kiçik ailə təsərrüfatları yaradılıb.
Əsas mənbə: APA
