Vətənim Media xəbər verir ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Lada Granta” markalı minik avtomobili ilə “Daewoo” markalı avtobusun toqquşması nəticəsində xəsarət alan sürücü Elçin Qədimov xəstəxanada vəfat edib. Qəza zamanı avtomobil idarəetməni itirərək ağaca çırpılıb, sürücü isə deformasiyaya uğramış salonda sıxılı vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi vasitələrlə sürücünü avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. 1985-ci il təvəllüdlü Qədimov aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.
Əsas mənbə: APA
