Mina partlayışında xəsarət alan ata və oğulla bağlı açıqlama verilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Mina partlayışında xəsarət alan ata və oğulla bağlı açıqlama verilib

Vətənim Media xəbər verir ki, Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğlu ağır xəsarət alıblar. Hadisə barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Nazirliyin bildirdiyinə görə, 2020-ci il müharibəsi başa çatdıqdan sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə yüksəlib. XİN minaların mülki şəxslər üçün yaratdığı təhlükəyə diqqət çəkərək, ölkədə minatəmizləmə işlərinə beynəlxalq diqqətin artırılmasına çağırıb. Açıqlamada minaların insanların ölümünə və ağır xəsarət almasına səbəb olduğu vurğulanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗