Vətənim Media xəbər verir ki, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi ərazisində noyabrın 11-də tank əleyhinə mina traktorun altında partlayıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin məlumatına görə, hadisədə 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu xəsarət alıb.
APA-nın TƏBİB-ə istinadən verdiyi məlumata görə, kişi həmin gün saat 12:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Onun sol qolunda və ayağında sınıqlar, çıxıq və digər xəsarətlər, o cümlədən sol saidin aşağı hissəsinin travmatik amputasiyası qeydə alınıb. Hadisə ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
