Şirvanda gənc bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Şirvanda gənc bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Vətənim Media xəbər verir ki, Şirvanda 2008-ci il təvəllüdlü Əli Əhədov sağ bud nahiyəsindən kəsilmiş yara ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi və gəncin kim tərəfindən yaralandığı barədə hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görür.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗