Vətənim Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının müşavirəsi keçirilib. Görüşdə Prezident və YAP sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub. Tədbirdə nazir müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, partiyanın İdarə Heyətinin üzvü Asif Əsgərli, nazirliyin şöbə müdiri Fazil Talıbov, təşkilat əməkdaşları və üzvlər iştirak ediblər.
Çıxışlarda qurultayda müəyyənləşdirilən strateji hədəflər, dövlət siyasətinin həyata keçirilməsində partiyanın rolu, milli maraqların qorunması və vətəndaşlara xidmət prinsipləri diqqətə çatdırılıb. Gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlı yetişdirilməsi, təhsil və innovasiyalara cəlb olunması, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı tarixi nailiyyətlərin gənc nəslə çatdırılması vurğulanıb. Müşavirədə ərazi təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi və üzvlərin ictimai fəallığının artırılması barədə təkliflər səsləndirilib. Tədbir YAP Himninin səsləndirilməsi ilə başa çatıb.
Əsas mənbə: APA
