YAP Ramiz Mehdiyevi üzvlükdən çıxardı, təltiflərinin alınmasını təklif etdi

Şrift
🔊 Xəbəri dinlə — Babək
YAP Ramiz Mehdiyevi üzvlükdən çıxardı, təltiflərinin alınmasını təklif etdi

Vətənim Media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Ramiz Ənvər oğlu Mehdiyevin partiya üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul edib. İdarə Heyətinin VIII Qurultaydan sonra ilk iclasında, çoxsaylı müraciətlər nəzərə alınaraq məsələ müzakirəyə çıxarılıb.

İclasda çıxış edən partiya rəhbərliyi və İdarə Heyətinin üzvləri Mehdiyevin ağır cinayətlərdə ittiham olunduğunu, partiya sıralarında qalmasının mənəvi-siyasi baxımdan qəbuledilməz olduğunu bildiriblər. Müzakirələrin yekununda onun bütün dövlət təltiflərindən məhrum edilməsi üçün aidiyyəti üzrə vəsatət qaldırılması da məqsədəuyğun sayılıb.

Yerli təşkilatların müşavirələrində də Mehdiyevin partiyadan çıxarılması və dövlət təltiflərinin alınması tələbləri irəli sürülüb. YAP Mətbuat xidmətinin məlumatına əsasən, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗