YAP Gənclər Birliyinin sədri və müavinləri dəyişib

Şrift
🔊 Xəbəri dinlə — Babək
YAP Gənclər Birliyinin sədri və müavinləri dəyişib

Vətənim Media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Gənclər Birliyinin 30 nəfərlik yeni tərkibini yekdilliklə təsdiqləyib. Səsvermə İdarə Heyətinin iclasında keçirilib.

Gənclər Birliyinin sədri vəzifəsinə Gülüstan Kərimli, sədr müavinləri vəzifələrinə isə Nəzrin Fəyyaz və Elvin İbrahimli təyin olunublar. Birliyin əvvəlki sədri Bəxtiyar İslamov olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗