Vətənim Media xəbər verir ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Gəncənin Cavadxan qəsəbəsi raket hücumuna məruz qalıb. Hücum nəticəsində yaşayış evləri dağılıb, 14 nəfər həlak olub, 55-dən çox insan yaralanıb. Xəsarət alanlar və həlak olanlar arasında uşaqlar, qadınlar və yaşlılar da olub; mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Bu, 2020-ci ilin oktyabrında Gəncəyə edilən beşinci hücum olub. Həmin ayın 4, 5, 8, 11 və 17-də şəhərə raket və ağır artilleriya zərbələri endirilib. Hücumlar nəticəsində ümumilikdə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb. Oktyabrın 17-dəki hücumla bağlı Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb.
Əsas mənbə: APA
