Füzuli Şəhəri Günü: şəhərin azad edilməsindən 6 il ötür

Şrift
🔊 Xəbəri dinlə — Babək
Füzuli Şəhəri Günü: şəhərin azad edilməsindən 6 il ötür

Vətənim Media xəbər verir ki, bu gün Füzuli Şəhəri Günüdür. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də, Vətən müharibəsi zamanı Füzuli şəhərini işğaldan azad edib. Rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də həmin gün azad edildiyi Prezident İlham Əliyevin xalqa müraciətində elan olunub.

Füzuli rayonu 1993-cü il avqustun 23-də işğal edilmişdi. Şəhərin azadlığı uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçular üçün “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezidentin sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü elan olunub. İşğaldan azad edilmiş şəhərə Böyük Qayıdış çərçivəsində köç davam edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗