Rimma Şahbala qızı Məmmədova — həyatı və yaradıcılığı

Şrift
Rimma Şahbala qızı Məmmədova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rimma Şahbala qızı Məmmədova — həyatı və yaradıcılığı.

Rimma Şahbala qızı Məmmədova 1942-ci ildə Rusiyanın Saratov şəhərində doğulub. Bakı Xoreoqrafiya məktəbində təhsil alıb.1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissorluq təhsili alıb. 1967-ci ildə təhsilini bitirib.1972–1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspirantura şöbəsində çalışıb.

1960–1967-ci illərdə Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib. 1967–1987-ci illərdə İncəsənət İnstitutunda müəllim kimi çalışıb. 1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsində çalışıb.1996-cı ildən isə xoreoqrafiya müəllim kimi fəaliyyət göstərir.

2000-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Səhnə hərəkətlərinin əsasları" və "Rəqs" fənni üzrə dərs deyir. 2007-ci ildən Azərbaycanın "Əməkdar İncəsənət xadimi"dir.2012-ci ildə dosent adını alıb.7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

"Səhnə hərəkətinin əsasları"-və "Rəqs" sənəti haqqında proqram-metodiki tövsiyələr yazıb. Onun çəkildiyi filmlər: Koroğlu (1960) Mollanın sərgüzəşti (1960) Bizim küçə (1961) Daha iki nəfər (1965) Topal Teymur (1983) Azərbaycan tamaşaçısı onu daha çox "Bizim küçə" filmindəki Sara kimi tanıyır. İllər öncə mətbuata müsahibəsində Rimma Məmmədova bu barədə deyirdi:"Balet məktəbində oxuyanda məni “Molla Fəttahın sərgüzəştləri” filminə dəvət etmişdilər.

Bu film əslində iranlı Sasanpurun diplom işi idi. Filmdə Möhsün Sənani molla obrazını oynayırdı, mən isə rəqqasəni. Bundan başqa, Nəsibə Zeynalova da çəkilmişdi.

Nəsibə xanım mənim yadımda hər zaman insanpərvərliyi ilə qalıb. Yadımdadır, çəkiliş arası bütün kollektiv üçün evindən yemək gətirmişdi. Möhsün Sənani isə mənə hər zaman deyirdi ki, qızım, sən filmə çəkiləndə heç kimi görmə.

Çünki, bilirsiniz ki, filmdə böyük kollektiv olur, ona görə də fikrimi yalnız obrazımı yaxşı oynamağa yönəldirdim. Bu filmdən sonra məni Əşrəf Mamayev “Bizim küçə” filminə dəvət etdi. Bu filmdəki Gözəlova Sara obrazı məni sözün əsl mənasında məşhurlaşdırdı.

Düzdür, çətinliklər də yaşadım. Orada maşını sındırdığım səhnədə çəkiç çıxıb sifətimə dəydi, rejissor gördü ki, dodağım nə boyda şişib. Məni ağlamaq tutmuşdu.

Rasim Ocaqov dedi ki, Rima, narahat olma, mən səni yaxından yox, uzaq plandan çəkəcəyəm. Elə də oldu. Bir də orada oğlana şillə vurduğum səhnə də böyük marağa səbəb olmuşdu.

Oğlana şillə vurduğum səhnəni prob üçün çəkib, Adil İskəndərova göstərmişdilər, demişdi ki, hə, Rimmanı çəkə bilərsiniz. Məni bu səhnə ilə təsdiqləmişdilər. Bu film məni qısa zaman ərzində məşhurlaşdırmışdı.

Hətta yolda məni görüb yaxınlaşırdılar ki, oğlumuza məmnuniyyətlə belə qız alardıq. Amma film sahəsi mənə maraqlı deyildi, bu prosses məni yorurdu. Çünki, film əvvəldən axıra qədər ardıcıllıqla çəkilmirdi, sonu çəkilirdi, daha sonra ortasına keçirdilər.

Ona görə də peşəkarlığımdan xəbərsiz idim. Məni daha sonra Həsən Seyidbəyli “Telefonçu qız” filmində baş rola dəvət etdi, hətta rejissor assistentini evə də göndərmişdi. Amma etiraz edirdim, istəmirdim.

Ona görə də ömrümü rəqs sənəti ilə bağladım". P. S.84 yaşlı Rimma xanıma möhkəm can sağlığı arzulayırıq.

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗