Laçın sakini Ağcabədidə balıq tutarkən gölməçədə boğulub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Laçın sakini Ağcabədidə balıq tutarkən gölməçədə boğulub

Vətənim Media xəbər verir ki, Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Axmaz gölməçəsində bir nəfər boğularaq ölüb. Hadisə balıq tutmaq üçün gölməçəyə gedən Laçın rayon sakininin suya düşməsi nəticəsində baş verib.

1974-cü il təvəllüdlü Rafiq Əliyev Laçın rayonunun Fingə kəndindəndir və hazırda Fingə obasında yaşayırdı. Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗