Vətənim Media xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə edilən dərman reaksiyasının səbəbləri TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunan dərman vasitəsindən nümunələr götürülərək müvafiq yoxlamaya göndərilib.
Uşaqlara hadisədən sonra zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicə davam etdirilir. Dörd uşağın vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicə üçün evə buraxılıblar. Məlumata görə, uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbindən xəstəxanada müalicə alırdılar.
Əsas mənbə: APA
