Vətənim Media xəbər verir ki, Zaqatalanın Qazangül qəsəbəsindən keçən Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda minik avtomobili qəzaya uğrayıb. Hərəkətdə olan VAZ-2106 idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü Zaqatala xəstəxanasına yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Əsas mənbə: APA
