Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibi yenilənib.

Komissiyada xarici işlər, müdafiə, daxili işlər, ekologiya və təbii sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər vəzifəli şəxsləri yer alıblar. Tərkibə həmçinin Ağstafa, Balakən, Qax, Qazax, Samux, Tovuz və Zaqatala rayonlarının icra hakimiyyəti başçıları, eləcə də iqtisadiyyat və ədliyyə qurumlarının, geodeziya-kartoqrafiya və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən xidmətlərin nümayəndələri daxil edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗