Vətənim Media xəbər verir ki, Moldovanın keçmiş baş naziri Çiril Qaburiçi Ermənistanın itkin düşmüş şəxslərlə bağlı bildiklərini paylaşmalı olduğunu deyib. O, beynəlxalq konfrans iştirakçıları ilə azad edilmiş ərazilərə səfəri zamanı bu fikri səsləndirib və Ermənistan tərəfində müvafiq məlumatların olduğuna əminliyini bildirib.
Qaburiçi səfər zamanı evlərin, məktəblərin və uşaq bağçalarının tikildiyini, sakinlərin doğma torpaqlarına qayıtdığını müşahidə etdiyini söyləyib. Onun sözlərinə görə, insanların təhlükəsiz və dinc yaşaması üçün ərazilərin minalardan təmizlənməsi vacibdir. Minalardan təmizlənmiş sahələrdə uşaqların rahat oynaya, sakinlərin isə gündəlik işlərini maneəsiz görə bilməsi mümkündür.
Əsas mənbə: APA
