Vətəndaşların yanğın təhlükəsizliyi biliklərinin yetərli olmadığı üzə çıxıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Vətəndaşların yanğın təhlükəsizliyi biliklərinin yetərli olmadığı üzə çıxıb

Vətənim Media xəbər verir ki, əhali arasında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbiri Dövlət Yanğın Nəzarəti Xidməti təşkil edib, Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq müəssisəsi dəstək göstərib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev bildirib ki, məqsəd vətəndaşların yanğın təhlükəsizliyi qaydaları, eləcə də yanğın zamanı düzgün davranış barədə bilik və bacarıqlarını artırmaqdır. Onun sözlərinə görə, interaktiv sorğunun nəticələri bəzi iştirakçıların bu sahədə bilik və vərdişlərinin kifayət etmədiyini göstərib.

Xudiyev qeyd edib ki, maarifləndirmə tədbirləri təhlükənin vaxtında aşkarlanmasına, hadisələrin qarşısının alınmasına və zəruri hallarda aidiyyəti qurumlara operativ məlumat verilməsinə kömək edə bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗