Vətənim Media xəbər verir ki, Biləsuvar rayonundan keçən yeni Ələt–Astara magistralında bir neçə avtomobilin iştirakı ilə yol qəzası baş verib. İlkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan “Niva” yol kənarında dayanmış “Mercedes”ə çırpılıb. Toqquşmanın təsirindən avtomobillər idarəetmədən çıxaraq daha iki nəqliyyat vasitəsinə dəyib.
Hadisə nəticəsində “Mercedes”in sərnişini ölüb, dörd nəfər xəsarət alıb. Şahidlər qəzanın “Niva”nın sürücüsünün qəfil idarəetməni itirməsi ilə baş verdiyini bildiriblər. Hadisənin səbəbləri və digər təfərrüatlar dəqiqləşdirilir.
Əsas mənbə: APA
