Vətənim Media xəbər verir ki, Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb və bağlanma müddəti oktyabrın 11-i saat 21:00-dək uzadılıb.
Məlumata görə, oktyabrın 10-da hava limanına endirilən zərbə nəticəsində 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, ABŞ, Banqladeş, Misir, Fələstin, İordaniya, Suriya və Sudan vətəndaşları var. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya hücuma görə Yəməndəki husiləri ittiham edib. Husilər isə Səudiyyə Ərəbistanı hava limanlarına yeni zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq ediblər. BMT-nin Baş katibi Antonio Quterreş və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen hücumu pisləyiblər.
Əsas mənbə: APA
