Lənkərandakı qəzada avtomobil yanıb: bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lənkərandakı qəzada avtomobil yanıb: bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Vətənim Media xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhərindəki “Ləvəngi dairəsi” yaxınlığında “Mercedes” xalça fabrikinin hasarına çırpılıb. Qəzadan sonra avtomobildə yanğın başlayıb.

Hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Yanğınsöndürənlər və xilasedicilər avtomobildəki yanğını söndürüblər. Nəqliyyat vasitəsindən çıxarılan bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗