Vətənim Media xəbər verir ki, “American Airlines”a məxsus iki sərnişin təyyarəsinin qanadları noyabrın 27-də Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanında hərəkət zamanı bir-birinə toxunub.
ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Həmin hava limanı yaxınlığında 2025-ci ilin yanvarında sərnişin təyyarəsi ilə ABŞ ordusuna məxsus helikopter toqquşmuş, 67 nəfər həlak olmuşdu.
Əsas mənbə: APA
