Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinin ordusu Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Ordunun sözçüsü, polkovnik Məcid əl-Nuzeyli boğazın beynəlxalq gəmiçilik və ticarət üçün əhəmiyyətini vurğulayıb.
Əl-Nuzeyli boğazın və Yəmənin qərb sahilinin azad edilməsini Yəmən Silahlı Qüvvələrinin ayrılmaz hüququ adlandırıb. O, cənub qüvvələrinin Ədənin və digər cənub quberniyalarının müdafiəsində, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılması səylərindəki rolunu yüksək qiymətləndirib. Polkovnik Taizin mühasirədən çıxarılmasına yönələn səyləri kritik dövrdə “milli vəzifə” kimi xarakterizə edib.
Əsas mənbə: APA
