Vətənim Media xəbər verir ki, Şəmkirdə 18 yaşlı gənc bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev tibbi müəssisədə əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata əsasən, hadisə gənclə qardaşı arasında yaranan mübahisə zamanı baş verib. Faktla bağlı əlavə məlumat verilməyib.
Əsas mənbə: APA
