Vətənim Media xəbər verir ki, Balakən şəhərində avtomobilin vurduğu qadın hadisə yerində həyatını itirib. Qəza oktyabrın 11-i axşam saatlarında Rafiq Səmədov küçəsində baş verib.
Talalar kənd sakini Xədicə Mustafayeva yol kənarında marşrut avtobusu gözləyərkən minik avtomobili onu vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Əsas mənbə: APA
