Vətənim Media xəbər verir ki, Türkiyəli aktrisa Özge Gürel “44” filminin premyerasına həsr olunan mətbuat konfransında ekran əsərinin həqiqi hadisəyə əsaslandığını və yaradıcı heyətin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. O, hekayəni danışmağa başlayanda ağrılı mövzuya görə narahatlıq keçirdiyini deyib.
Aktrisanın sözlərinə görə, filmdə bir xalqın ağrısı və mübarizəsi, eləcə də bu mübarizənin nəticəsində qazanılan qəhrəmanlıq əks olunub. Gürel yaradıcı heyətin həssas məqamlara diqqət yetirərək hekayənin duyğularını tamaşaçıya çatdırmağa çalışdığını vurğulayıb. O, Azərbaycandakı çəkilişləri özünü ən yaxşı hiss etdiyi dövr kimi xatırladıb, komanda ilə iş mühitini dost məclisinə bənzədib və prosesin böyük həyəcanla keçdiyini qeyd edib.
Əsas mənbə: APA
