Vətənim Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi BMT Günü ilə bağlı paylaşım edib. APA-nın məlumatına görə, nazirliyin “X” hesabındakı paylaşımda Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyi təsdiqlənib.
Paylaşımda Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyi davam etdirəcəyi bildirilib.
Əsas mənbə: APA
