Vətənim Media xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ilin hazırlıq planına əsasən noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Mərasimlərdə əsgərlər hərbi and içərək Vətənə sadiq xidmət edəcəklərinə söz veriblər. Çıxışlarda 8 Noyabr – Zəfər Günündə and içməyin şəxsi heyət üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirlər hərbi qulluqçuların təntənəli marşı və şəxsi heyət üçün təşkil olunan konsert proqramları ilə başa çatıb.
Əsas mənbə: APA
