Vətənim Media xəbər verir ki, “Qalatasaray”ın hücumçusu Rafael Leaonun zədəsi tibbi müayinədən sonra dəqiqləşib. APA-nın məlumatına görə, Türkiyə Super Liqasının XI turunda “Amedspor”la oyunda zədələnən futbolçu meydanı tərk edib.
Maqnit-rezonans tomoqrafiyasında onun sağ budunun arxa əzələ qrupunda yüksək dərəcəli dartılma və qanaxma aşkarlanıb. Klub müalicəyə başladığını bildirib. 27 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
Əsas mənbə: APA
