Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. İştirakçılar əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Dövlət Bayrağı muzeylərində milli rəmzlərin tarixi ilə bağlı eksponatlarla tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda üçrəngli bayrağın dövlətçilik və milli kimlik rəmzi olduğu vurğulanıb, onun tarixi, 1990-cı il noyabrın 17-də Naxçıvanda yenidən dövlət bayrağı kimi qəbul edilməsi və müasir Azərbaycanın suverenliyini təcəssüm etdirməsi barədə danışılıb. Tədbirlərdə bayramın tarixinə və əhəmiyyətinə həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.
Əsas mənbə: APA












