Vətənim Media xəbər verir ki, APA-nın Ermənistan xidməti Gümrüdəki insidentlə bağlı iki rusiyalı hərbçinin həbs edildiyini bildirir. Ukrayna vətəndaşı Dmitri Samuilenko hüquq-mühafizə orqanlarına müraciət edərək hərbçilərin onu şəhərin Ani məhəlləsində döydüyünü deyib. Hadisə təxminən bir ay əvvəl baş verib.
Ermənistan İstintaq Komitəsi bir qrup şəxsin fiziki zorakılığı ilə bağlı cinayət işi açıb və məhkəmə-tibbi ekspertizası təyin edib. Hərbçilər sağlamlığa yüngül zərər vurmaq ittihamı ilə həbs olunaraq Ermənistanda cəzaçəkmə müəssisəsində saxlanılır. İnsidentin səbəbi barədə məlumat verilməyib. Rusiya hərbi bazası və Rusiyanın Ermənistandakı səfirliyi hadisəyə şərh verməyib.
Əsas mənbə: APA
