Noyabrın 10-da Bakıda gecə və səhər yağış gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Noyabrın 10-da Bakıda gecə və səhər yağış gözlənilir

Vətənim Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 3-6, gündüz 10-12 dərəcə isti olacaq.

Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şərq rayonlarında yağıntı, ayrı-ayrı yerlərdə duman ehtimalı var. Temperatur gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Bəzi dağlıq ərazilərdə yollar gecə və səhər buz bağlaya bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗