Bakıda və Abşeronda küləyin sürəti 28,4 m/san-dək yüksələcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda və Abşeronda küləyin sürəti 28,4 m/san-dək yüksələcək

Vətənim Media xəbər verir ki, noyabrın 24-də Bakıda, Abşeron yarımadasında, Qobustan və Xızıda narıncı xəbərdarlığa uyğun güclü cənub-qərb küləyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, küləyin sürəti saniyədə 20,8–28,4 metrə çatacaq.

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə sarı xəbərdarlıq verilib. Bu ərazilərdə cənub-qərb küləyinin sürətinin saniyədə 13,9–20,7 metr olacağı gözlənilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗