Vətənim Media xəbər verir ki, SOCAR ilə “China Petroleum & Chemical Corporation” (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Çinin Şanxay şəhərində SOCAR-ın vitse-prezidenti Fuad Musayev və Sinopec-in vitse-prezidenti Li Yuxing tərəfindən imzalanıb.
SOCAR-ın APA-ya verdiyi məlumata görə, memorandum satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsi aparacaq, təchizat strategiyaları hazırlayacaq, təcrübə bölüşəcək və məhsul, avadanlıq və xidmətlərin qarşılıqlı təchizat zəncirlərinə daxil edilməsi imkanlarını araşdıracaqlar.
Əsas mənbə: APA
