Vətənim Media xəbər verir ki, energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində keçirilən IEA Türkiyə Energetika Nazirləri Dialoqunda Azərbaycanın yaşıl enerji dəhlizi təşəbbüslərini inkişaf etdirdiyini bildirib. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu dəhlizlər Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirməyi nəzərdə tutur.
Şahbazovun sözlərinə görə, təşəbbüslər daha geniş coğrafiyada elektrik enerjisinin etibarlı və əlçatan olmasına töhfə verə bilər. O, bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı, elektrik şəbəkələrinin modernləşdirilməsinin və enerji saxlanc sistemlərinin qurulmasının vacibliyini vurğulayıb.
Nazir COP31-in elektrikləşmə gündəliyinin müvafiq infrastruktur, əlçatan maliyyə imkanları və beynəlxalq əməkdaşlıqla dəstəklənməli olduğunu qeyd edib.
Əsas mənbə: APA
