Vətənim Media xəbər verir ki, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı ehtimalı var. Gecə temperatur 5-7, gündüz 11-14 dərəcə isti olacaq.
Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntı, ayrı-ayrı yerlərdə duman gözlənilir. Gündüz temperatur 12-17 dərəcə isti, dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq; yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta qeydə alına bilər.
Əsas mənbə: APA
