Vətənim Media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron “Les Echos” qəzetinə müsahibəsində uşaqlar üçün təhlükə yaradan süni intellekt modellərinin istifadəsinin qadağan oluna biləcəyini bildirib. APA-nın məlumatına görə, Makron risk yaradan istifadə formalarının qadağan edilməli olduğunu deyib.
Makronun sözlərinə görə, elmi ictimaiyyət və mütəxəssislər müəyyən etməlidirlər, hansı süni intellekt modelləri ilə qarşılıqlı əlaqə yetkinlik yaşına çatmayanlar üçün təhlükəlidir. O, sahədə tənzimləmənin yetərli olmamasını “Vəhşi Qərb”lə müqayisə edib və zərurət yaranarsa, zərərli modellərin tam qadağan edilə biləcəyini qeyd edib.
Makron bildirib ki, uşaqların süni intellektdən istifadəsini tənzimləməyə yönələn, ilkin audit və sertifikatlaşdırmanı nəzərdə tutan xartiyanın noyabrın 10–11-də Paris Sülh Forumunda təqdim olunması planlaşdırılır. Fransa təşəbbüsün Avropada tətbiqinə, həmçinin ABŞ, Kanada və digər ölkələrin prosesə qoşulmasına çalışır.
Əsas mənbə: APA
