Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur

Vətənim Media xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov dövlət xidmətlərinin daha proaktiv və agent əsaslı formada göstərilməsinin planlaşdırıldığını bildirib. O, bunu X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı deyib.

Osmanovun sözlərinə görə, dövlət qurumları ilə imzalanan yol xəritələri çərçivəsində süni intellekt həllərinin tətbiqi üzrə iş aparılır. Həllərin xidmətləri optimallaşdırması, onların proaktivliyini artırması və məlumatlara əsaslanan qərarverməyə imkan yaratması nəzərdə tutulur. O, həmçinin innovasiya ekosisteminin genişləndirilməsi üçün oktyabrda geniş qanunvericilik paketinin qəbul edildiyini və sənədin hazırlanmasında Mərkəzi Bankla sıx əməkdaşlıq aparıldığını bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗