Vətənim Media xəbər verir ki, “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya və idarəetmə təcrübəsi Filip Kotlerin müəlliflərindən biri olduğu “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” kitabında təqdim edilib. Nəşrdə şirkətin telekommunikasiya operatorundan geniş rəqəmsal xidmətlər təklif edən texnologiya şirkətinə çevrilməsi və bu prosesdəki strateji yanaşmaları təsvir olunur.
Azercell-ə həsr olunan fəsildə süni intellektin müştəri xidmətlərində tətbiqi, robotik proseslərin avtomatlaşdırılması, bulud texnologiyaları və “akart” fintek həlli rəqəmsal inkişaf nümunələri kimi göstərilir. Şirkətin baş icraçı direktoru Zərinə Zeynalova bildirib ki, kitabda Azercell-in 2025-ci ilədək qazandığı transformasiya təcrübəsi əksini tapıb, şirkət isə hazırda süni intellekti fəaliyyətinin bütün istiqamətlərinə inteqrasiya etməyi hədəfləyir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və layihə iştirakçılarının əməkdaşlığı ilə hazırlanan kitabın digər müəllifləri Tata Tcholaria və Gabriele Carbonidir. Nəşrin satışından əldə olunacaq gəlir “Kashalata” və “Rotary Foundation” təşkilatlarının sosial təşəbbüslərinə yönəldiləcək. Kitabın qlobal elektron kitabxanalarda və beynəlxalq təhsil platformalarında yayımlanması nəzərdə tutulur.
Əsas mənbə: APA
