FHN-in hərbi hissəsində oktyabr çağırışçıları and içib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
FHN-in hərbi hissəsində oktyabr çağırışçıları and içib

Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Gənc əsgərlər ölkənin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, Vətənə sədaqətlə xidmət edəcəklərinə and içiblər.

Əsgərlər adından çıxış edən Camalov Turğay Pəhlivan oğlu fövqəladə hallarda zərərçəkənlərin xilasına kömək edəcəklərini və tapşırıqları vaxtında yerinə yetirəcəklərini bildirib. Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗