Vətənim Media xəbər verir ki, Bakının Nəsimi rayonunda güclü külək irigövdəli ağacı fərdi yaşayış evinin üzərinə aşırıb. Hadisə Salatın Əsgərova küçəsində baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ağac evin giriş-çıxışını bağladığından iki sakin binanı tərk edə bilməyib. Nazirliyin xilasediciləri onları xüsusi vasitələrin köməyi ilə təxliyə ediblər. Aşan ağac evin ön hissəsinə və kommunal xidmətlərə ziyan vurub.
Əsas mənbə: APA




