Vətənim Media xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda keçirilən əməliyyat zamanı minik avtomobilindən ümumilikdə 576 pirotexniki vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin APA-ya verdiyi məlumata görə, vasitələr Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildəki yeddi karton qutuda olub. Onlar iki adda pirotexniki vasitədir və qanunsuz dövriyyədən çıxarılıb.
Əsas mənbə: APA
