Vətənim Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsini pisləyib. APA-nın məlumatına görə, idarə bunu Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik münasibət, vandalizm və təxribat kimi qiymətləndirib.
QMİ-nin bəyanatında məscidin zalına erməni şairin adının verilməsi və gələcəkdə orada onun büstünün qoyulmasının nəzərdə tutulması tənqid olunub. İdarə Ermənistan hökumətindən belə halların qarşısını almağı tələb edib. Bəyanatda bu addımın sülh prosesini şübhə altına aldığı və revanşistlərin maraqlarına xidmət etdiyi bildirilib.
Əsas mənbə: APA
