Vətənim Media xəbər verir ki, APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata görə, Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsi, 3 ünvanındakı çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirilib.
Təlim zamanı nizamsız parklanma və süni maneələr üzündən yanğın avtomobillərinin binalara və su hovuzuna yaxınlaşa bilmədiyi müəyyənləşib. Həmçinin qəza işıqlandırmasının olmadığı, ilkin yanğınsöndürmə vasitələrinin tam təmin edilmədiyi, elektrik təsərrüfatının qaydalara uyğun olmadığı və yanğın siqnalizasiyasının işləmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə tapşırıqlar verilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Əsas mənbə: APA
