Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Səbail rayonunda mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə fövqəladə hallarda əhalinin mühafizəsinə dair dərs təşkil edib.
APA-nın FHN-in Mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, məşq zamanı dəstələrin xəbərdar edilməsi, toplanış siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüşü və idarəetmənin təşkili yoxlanılıb. Tədbirlərin məqsədi rəhbər heyətin nəzəri bilik və praktiki bacarıqlarını, fövqəladə halların qarşısının alınmasında təşkilatçılığı və operativliyi artırmaq olub. Məşqlərin nəticələri təhlil edilib və aidiyyəti üzrə tapşırıqlar verilib.
Əsas mənbə: APA
