Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində “Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə hökm oxunub. İmran Əliyev 10 il, Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Elgiz Qəhrəman məhkəmə zalında həbs olunub.
Tamella Musayevaya 4 il sınaq müddəti müəyyən edilməklə 7 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. Hökmə əsasən, İmran Əliyev cəzasını ümumi rejimli, Elgiz Qəhrəman isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İş üzrə təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma və sənədlərlə bağlı maddələr üzrə ittiham irəli sürülüb.
Əsas mənbə: APA
