Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşüb.

Görüşdə Azərbaycan-Yunanıstan əlaqələri nəzərdən keçirilib. Tərəflər Azərbaycanın, o cümlədən TAP layihəsi vasitəsilə, Avropanın və Yunanıstanın enerji təhlükəsizliyinə verdiyi töhfəni müzakirə ediblər.

Söhbət zamanı Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracını artırmaq üçün əlavə imkanların olduğu bildirilib. Bu istiqamətdə Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗