Vətənim Media xəbər verir ki, Avropa Azərbaycan Məktəbində müxtəlif ölkələrdən təhsil mütəxəssisləri və spikerlərin qatıldığı COBIS Regional Tədris və Öyrənmə Konfransı keçirilib. Tədbirin məqsədi təhsil sahəsində təcrübə mübadiləsini təşviq etmək, müasir yanaşmaları müzakirə etmək və tədrisin inkişaf perspektivlərini araşdırmaqdır.
İki gün davam edən konfransda Qazaxıstan, Özbəkistan, Rusiya, Çexiya, ABŞ, Rumıniya, Gürcüstan, İsveçrə, Hindistan və Tacikistandan iştirakçılar yer alır. Proqram interaktiv təqdimatlar, müzakirələr və praktiki sessiyalardan ibarətdir. Məktəbin direktoru Françesko Bankini açılışda beynəlxalq təhsil əməkdaşlığının əhəmiyyətindən danışıb.
Əsas mənbə: APA
